Avropaya “Qarabağ”la başlayan “Metallurq”: 15 il II liqada oynayıb
24.06.2013 - 15:58
“Qarabağ”ın Avropa Liqasının növbəti mövsümündə ilk rəqibi özü də ötən çempionatı gümüş medalçı kimi başa vurub. Apasport.az saytının məlumatına görə, 1964-cü ildə yaranan “Metallurq” Makedoniyanın ilk milli çempionatının iştirakçısıdır.
Ancaq Skopye təmsilçisi üçün 1992/93 mövsümündə çıxış uğursuz alınıb. Belə ki, 15-ci yeri tutan rəqib bununla da II liqaya çıxıb və orada ardıcıl 15 il oynayıb. Nəhayət, 2008-ci ildə I liqaya dönən “Metallurq” mövsümü 9-cu pillədə başa vurub. Ancaq 2009-cu ildən başlayaraq paytaxt klubu çempionatının mükafatçısı olur. Belə ki, 2009-cu ildə bürünc medal qazanan skopyelilər son 3 mövsümü gümüş mükafatçı kimi başa vurub. Rəqibimizin titullarını 2011-ci ildə ölkə kubokunu və Superkubokunu qazanması olub.
Əsas forması yaşıl, ehtiyat forması ağ olan Skopye klubu 3000 azarkeş tutumuna malik “Jelezarnitsa” stadionunda oynayır. 49 yaşlı makedoniyalı mütəxəssis Srcan Zaharyevskinin baş məşqçisi olduğu komanda əsasən yerli futbolçulardan təşkil olunub. Maraqlıdır ki, keçmiş yarımmüdafiəçi karyerasını məhz “Metallurq”da bitirib. O, 2011/12 mövsümündə bu komandada 5 oyun keçirib. Mile Krstevin kapitanı olduğu rəqibimizdə ötən mövsüm yeganə legioner serbiyalı yarımmüdafiəçi Lübomir Stevanoviç olub.
Digər maraqlı məqam odur ki, “Metallurq”un Avropada debütü məhz “Qarabağ”la olub. Bu, elə hazırkı turnirin 2010/11 mövsümündə I mərhələdə keçirilib. “Siftə”ni Tofiq Bəhramov adına Respublika stadionunda 1:4 hesablı məğlubiyyətlə qeyd edən rəqib evdəki cavab matçında bərabərliyə qalaraq (1:1) mərhələdən kənarda qalıb.
Növbəti ildə Avropa Liqasında mübarizəyə II mərhələdən başlayan “Metallurq” Sofiya “Lokomotiv”i tərəfindən kənarlaşdırılıb – evdə 0:0, səfərdə 2:3. Ancaq axır ki ötən il skopyelilər mərhələ adlaya bilib. Ancaq turnirdə Malta “Birkirkara”nı yalnız səfər qolu ilə üstələmək mümkün olub – səfərdə 2:2, evdə 0:0. Ardında Polşa “Rux”u ilə üzləşən makedoniyalılar 1:3 və 0:3 hesabı ilə məğlub olaraq, turnirdə çıxışını başa vurub. Göründüyü kimi, “Qarabağ”ın rəqibi Avropada keçirdiyi 8 oyunda 1 qələbə olsun belə qazana bilməyib.
Qeyd edək ki, 2008/09 mövsümündə ilk yarısında “Bakı”nın heyətində Azəbaycan çempionu olan Makedoniya yığmasının keçmiş hücumçusu Georgi Xristov “Metallurq”da 2011-ci ilin oktyabrın 2012-ci ilin dekabrına kimi baş məşqçi olub. O, postunu hazırkı çalışdırıcıya verib.

0
0