Makedoniyalılara qarşı olan üstünlüyümüz
24.06.2013 - 17:17
Makedoniya təmsilçiləri ilə əvvəl 3 dəfə üz-üzə gəlmişik. Apasport.az saytının məlumatına görə, “Kəpəz”, “İnter” və “Qarabağ” bu ölkənin klubları ilə qarşılaşıb.
Ümumiyyətlə, Makedoniya yığması ilə olmasa da, bu ölkənin klub təmsilçiləri ilə qarşılaşmaları uğurlu saymaq lazımdır. Belə ki, ilk dəfə “Kəpəz” Çempionlar Liqasının təsnifat mərhələsində 1999-cu ilin iyulun 14-də “Sloqa Yuqomaqnat” ilə qarşılaşıb. Hazırda Makedoniyanın 3-cü dəstəsində çıxış edən Skopye klubu evdə 1:0 qalib gəlsə də, səfərdə 1:2 məğlub olmuşdu. Nəticədə makedonlar səfər qolu hesabına mərhələ adlamışdı.
2008-ci ildə “İnter”in avrokuboklarda – Çempionlar Liqasında debüt mövsümündə isə əksi baş vermişdi. Belə ki, “bankirlər” Makedoniya çempionu “Rabotniçki” ilə matçlarda (0:0, 1:1) hesabı ilə 2-ci mərhələyə adını yazdırmışdı.
3 il əvvəl isə “Qarabağ” məhz indiki kimi “Metallurq”la üz-üzə gəlmişdi. Onda Ağdam klubu elə ilk oyundaca rəqibini darmadağın etməklə 2-ci matçı formallığa çevirmişdi.
Çempionlar Liqası
Sloqa Yuqomaqnat – Kəpəz 1:0 14.07.1999
Kəpəz – Sloqa Yuqomaqnat 1:2 21.07.1999
Çempionlar Liqası
İnter – Rabotniçki 0:0 15.07.2008
Rabotniçki – İnter 1:1 22.07.2008
Avropa Liqası
Qarabağ – Metallurq 4:1 01.07.2010
Metallurq – Qarabağ 1:1 08.07.2010
Qeyd edək ki, “Qarabağ” Avroliqanın ilk təsnifat mərhələsində yenə “Metallurq”la düşüb.

0
0