“Qarabağ”ın potensial rəqibi 71 mövsüm aşağı dəstədə çıxış edib
24.06.2013 - 17:46
Avroliqada “Metallurq” səddini keçərsə, “Qarabağ”ın 2-ci mərhələdəki rəqibi Polşanın “Pyast” klubu olacaq. Apasport.az saytı Qlivitse şəhərini təmsil edən klubun təqdimatını edir.
1945-ci il iyunun 18-də əsası qoyulan Polşa klubunu indiki Qərbi Ukraynadan köçməyə məcbur edilmiş polyaklar təsis edib. Klubun adı X əsrdən 1370-ci ilə kimi Polşanı idarə etmiş Pyast sülaləsindən götürülüb. Bu klub ölkədə o qədər də tanınmır. Təsadüfi deyil ki, 71 mövsüm aşağı dəstədə çıxış edən “Pyast” yalnız 2008-ci ildə elitada debüt edib. Bununla belə, 2010-cu ildə komanda elitanı tərk edib.
Ancaq “Pyast” Polşada yeganə klubdur ki, 7-ci dəstədən elitaya kimi yüksəlib və avrokuboklarda iştirak edəcək. Maraqlıdır ki, son mövsüm Polşa Ekstraklassasında debütant olsa da, “dayələr” çempionatı 4-cü pillədə tamamlayaraq avrokuboklarda “siftə” etmək imkanı əldə edib. Komanda 1978 və 1983-cü illərdə ölkə kubokunun finalında uduzub.
Prezidenti Yaroslav Kolodzeyçik olan Qlivitse klubunda baş məşqçi funksiyasını Martsin Broş həyata keçirir. 40 yaşlı çalışdırıcı 2010-cu ildən bu komandanı çalışdırır. Polşa yığmasına oyunçu verməyən “Pyast”da ispaniyalı, slovakiyalı və çexiyalı legionerlər üstünlük təşkil edir. Bundan başqa, Mərakeşdən Mido, Latviyadan Artis Lazdinş və Qanadan Frank Adu Kvame bu komandanın şərəfini qoruyur. Komanda ev oyunlarını 10 037 tamaşaçı tutumu olan “Pyast” stadionunda keçirir.

0
0