Georgi Nikolov: Bizə zəif rəqibin düşdüyünü deyə bilmərik
24.06.2013 - 18:02
“Bu klub avrokubokda debütantdır, lakin buna baxmayaraq rəqibə hörmətlə yanaşmaq lazımdır”. Apasport.az saytının məlumatına görə, bunu “İnter”in prezidenti Georgi Nikolov deyib.
Hazırda komandası ilə birgə Avstriyada təlim-məşq toplanışında olan bolqarıstanlı funksioner UEFA Avropa Liqasının I təsnifat mərhələsinin püşkatmasına münasibət bildirib. Onun sözlərinə görə, Finlandiya “Mariehamn”i ilə qarşılaşacaq “İnter” diqqəti əldən verməməlidir: “Mariehamn” gücü, yüksək sürəti və fiziki qüvvəsilə fərqlənən Finlandiya futbolunun təmsilçisidir. Bu ölkənin bütün klubları “qaranlıq rəqiblər”dir. Orada oynayan futbolçular yaxşı fiziki parametrlərlə fərqlənirlər. Düşünürəm ki, bizə zəif rəqibin düşdüyünü deyə bilmərik. Bu oyunlara böyük məsuliyyət hissi ilə yanaşmaq lazımdır və səfər oyununda zəruri üstünlüyə nail olmağa çalışmalıyıq. Bunu etmək bizə müyəssər olarsa, o zaman sakit nəfəs almaq mümkün olacaq”.
Klubunun rəsmi saytına açıqlama verən Nikolov rəqibə böyük hörmətlə yanaşdığını deyib: “Bir daha qeyd edim ki, komandanın “qaranlıq rəqib” statusu məni bir qədər narahat edir. Amma hər halda “İnter”in avrokuboklarda az olmayan təcrübəsi var və ondan, eyni zamanda, məşqçinin və oyunçuların təcrübəsindən istifadə etməyə çalışacağıq. İkinci tura gəlincə, ancaq onu demək istəyirəm ki, yaşayarıq görərik. Öncə bizə fin maneəsini keçmək lazımdır, sonrasa ikinci mərhələ barədə düşünmək olar”.
Qeyd edək ki, “Mariehamn” - “İnter” matçı iyulun 4-də baş tutacaq.

0
0