Con Toşak: “Slima” uyğun rəqibdi
24.06.2013 - 18:08
“Xəzər Lənkəran” klubunun uelsli baş məşqçisi Con Toşak Avropa Liqasının I təsnifat mərhələsinin püşkatma mərasimindən sonra apasport.az saytının Almaniyaya ezam olunan əməkdaşının suallarını cavablandırıb.
- Rəhbərlik etdiyiniz komanda I təsnifat mərhələsində Maltanın “Slima” klubu ilə qarşılaşacaq. Püşkün nəticəsini necə dəyərləndirərdiniz?
- Öncə onu deyim ki, bizim üçün əlverişli püşkdür. Çünki hazırda Almaniyadayıq, burdan Maltaya getmək daha rahatdır. Yəni, səfər baxımından çətinlik yaranmayacaq. Əgər rəqib Britaniya, yaxud digər ölkə komandaları olsaydı, azərbaycanlı futbolçular üçün viza almaq baxımından problem yarana bilərdi. Rəqibin “Slima” olmasına görə xoşbəxtəm. Malta kiçik adadı, çox gözəl, səyahət ediləsi bir ölkədi. İnsanları da çox gözəldi. Malta futbol ölkəsi sayılmasa da, “Slima”nı Avropada rəqib kimi sayırlar. “Slima” Maltadan daha məşhurdu. Heyətimizdə bir necə yeni futbolçunun olmağı komandaya uyğunlaşma baxımından çətinlik yarada bilər. Ancaq ilk görüşü səfərdə keçirilməyi bizim üçün yol baxımından əlverişlidir. Bunu özümüz üçün məqbul sayıram. Almaniyadan birbaşa Maltaya gedə bilərik.
- Maltaya nə vaxt getməyi planlaşdırırsınız?
- Hələ dəqiq deyil. Çarter reysi olacaqsa, planda dəyişiklik edilə bilər. Bu səbəbdən məsələ hələlik həllini tapmayıb.
- Bəs şansları necə dəyərləndirirsiniz?
- “Slima” bizim üçün yaxşı, uyğun rəqibdi. Cavab matçını evdə keçirəcəyimizdən üstünlüyümüz olacaq. İndi mövsümün əvvəli olduğundan, çox vaxt gözlənilməz şeylər baş verə bilər. Buna görə hər şeyə hazır olmalıyıq.
- “Xəzər Lənkəran” maltalılarla qarşılaşmaya neçə faiz hazırdı?
- Bizim burdakı toplanışımızın üstündən hələ 1 həftə keçməyib. Ona görə də hazırlığı faizlə demək çətindi. Yenə deyirəm, ümumilikdə püşkdən razıyıq: həm yol, həm də viza baxımından. Ancaq başqa rəqiblər düşsəydi, kim bilir nə qədər yol getməli olacaqdıq. Burda 1 həftə məşq edəndən sonra birbaşa Maltaya gedəcəyik. Ora məşq etmək üçün mükəmməl şəraitə malikdir. Ola bilsin ki, ilk oyunu keçirəndən sonra daha bir neçə gün Maltada qalıb məşq edək. Ümid edirəm ki, Lənkərana əlverişli nəticə ilə qayıdacağıq.
- Malta səfərinədək heyətə yeni futbolçunun cəlb edilməsi mümkündürmü?
- Ümumi götürəndə, heyətdən razıyam. Düşünürəm ki, daha bir oyunçuya ehtiyacımız var. Pərdis Fərzad-Azad hazırda Münhendə tibbi müayinədən keçir. Ümid edirəm ki, nəticə yaxşı olacaq. Ancaq həmin oyuna tam hazır olub-olmayacağını deyə bilmərəm. Üstəlik, hərbi xidmətdə olan Ağabala Ramazanov da iyulun ilk həftəsində ixtiyarımızda olacaq. Yəni, iki hücumçumuz yüz faiz hazır deyil. Bunlardan biri Pərdisdir. Bizə daha bir futbolçu, hücumçu lazım olduğundan bunu nəzərimizdə saxlayırıq. Ağabala burda olsaydı, Pərdis ilk gündən bizə qoşulsaydı, heyətdən tam razı qalardım. Ancaq Fərcad-Azad milli komandada dizindən zədə alıb. Ümid edirəm ki, ikinci oyun üçün hər 2 hücumçu hazır vəziyyətdə olacaq. Biz futbolçu ala bilərik. Yaxşı legioneri alıb, ehtiyatda saxlamaq bəzən adama pis gəlir. İstənilən halda, ən azından bir futbolçu almağı düşünürük.
- Siz 1982/83 mövsümündə Kuboklar Kubokunda “Slima”ya qarşı oynayıb, 12:0 və 5:0 hesablı qələbə qazanmışdınız. Həmin görüşlər yadınızda necə qalıb?
- Mən o vaxt Uelsin “Suonsi” klubunda oynayan məşqçi idim. Öz meydanımızda 12:0 hesablı qələbə qazanmışdıq. İkinci görüşdə hesab artıq 3:0 olanda, formanı geyib meydana çıxdım və başla qol vurdum. Məncə, belə böyük hesablı qələbə Avropa miqyaslı turnirdə rekorddur.
Müsahibənin alınmasında göstərdiyi köməyə görə “Xəzər Lənkəran” klubunun tərcüməçisi Elvar Quliyevə təşəkkür edirik

0
0