Qurban Qurbanov: Bizi qarşıda ciddi oyun gözləyir
24.06.2013 - 18:25
Qurban Qurbanov: Bizi qarşıda ciddi oyun gözləyir
“Qarabağ” Avroliqanın I mərhələsində köhnə tanışı olan “Metallurq”la qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, Makedoniya təmsilçisi ilə keçiriləcək görüşlə bağlı ağdamlıların baş məşqçisi Qurban Qurbanov klubun saytına açıqlama verib.

O bildirib ki, 3 il bundan əvvəl qarşılaşdıqları rəqib heç də asan olmamışdı: “Zənnimcə, mümkün olan 5 rəqibdən ən çətini idi “Metallurq”. 3 il bundan öncə onlara oyun heç də asan olmamışdı. Makedoniya çempionatı günü-gündən inkişaf edir. Qışda onların başqa komandası ilə oynamışdıq. Qısa zamanda mümkün qədər çox məlumat toplamağa çalışacağıq. Bizi qarşıda ciddi oyun gözləyir. 3 il bundan öncə rəqibimiz ilk avrokubok təcrübəsini yaşayırdı. Lakin, həmin ildən sonra ardıcıl avrokuboklarda iştirak ediblər. Demək olar ki, bu baxımdan yetərli təcrübəyə malikdir. Qeyd etdiyim kimi, bizi çətin oyunlar gözləyir. Bu gündən etibarən ancaq ilk oyunu fikirləşməyə başlayacağıq”.