“Qarabağ” Rusiya klubuna uduzdu - YENİLƏNİB
24.06.2013 - 21:10
“Qarabağ” Rusiya klubuna uduzdu - YENİLƏNİB
Ölkəmizi Avroliqada təmsil edəcək “Qarabağ” ilk yoxlama oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Türkiyədə təlim-məşq toplanışında olan Ağdan klubunun rəqibi Rusiya “Mordoviya”sı olub.

Qarşılaşmada təmsilçimiz rəqibinə 3:1 hesabı ilə məğlub olub.

“Mordoviya” son mövsümdə ölkə çempionatını 15-ci pillədə başa vuraraq, aşağı diviziona yuvarlanıb.

Qeyd edək ki, “Qarabağ” növbəti matçında da bu komanda ilə qarşılaşacaq. Görüş iyunun 27-də keçiriləcək.


Yoxlama oyunu
24 iyun

Qarabağ (AZƏRBAYCAN) – Mordoviya (RUSİYA) - 1:3

“Qarabağ”ın start heyəti: Fərhad Vəliyev, Rəşad Sadıqov, Admir Teli, Ansi Aqolli, İlqar Qurbanov, Namiq Yusifov, Qara Qarayev, Riçard Almeyda, Reynaldo, Vüqar Nadirov, Ulriş Kapolonqo