“Sumqayıt” 2 futbolçu ilə müqavilə imzaladı
24.06.2013 - 20:34
“Sumqayıt” 2 futbolçu ilə müqavilə imzaladı
“Sumqayıt” 2013/14 mövsümü üçün transfer çalışmalarını davam etdirir. Apasport.az saytının məlumatına görə, komanda Vurğun Hüseynov, Vüqar Əsgərov, Anar Nəzirov və Zaur Həşimovun ardından daha iki futbolunu heyətinə qatıb.

Bunlar “Turan”ın sabiq müdafiəçisi Budaq Nəsirov və yığmamızın sabiq oyunçusu Saşa Yunisoğludur.

“Sumqayıt” 17 yaşlı futbolçu ilə 2 illik, Yunisoğlu ilə isə 1 illik müqavilə imzalayıb.