“Milan”ın prezidentinə 7 il həbs cəzası verildi
24.06.2013 - 21:30
“Milan”ın prezidentinə 7 il həbs cəzası verildi
Bu gün “Milan”ın prezidenti Silvio Berluskoni həbs edilib. Apasport.az saytının məlumatına görə, 76 yaşlı klub rəhbəri həddi-buluğa çatmamış rəqqasə ilə əlaqələrdə ittiham edilib.

Məhkəmə İtaliyanın keçmiş baş nazirinə 7 il həbs cəzası verib.

Berluskoninin nümayəndələri isə artıq məhkəmənin qərarından şikayət edəcəklərini bildiriblər.

Qeyd edək ki, Silvio 1986-cı ildən “Milan”ın sahibidir. O, 2008-ci ildə İtaliyanın baş naziri vəzifəsini tərk edib.