“İnter”in rəqibi səfərdə qələbə qazandı
24.06.2013 - 22:04
Ölkəmizi Avroliqanın I təsnifat mərhələsindən etibarən təmsil edəcək olan “İnter”in rəqibi “Mariehamn” Finlandiya çempionatının növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, XV tur çərçivəsində “adalılar” bu gün səfərdə Turku “İnter”i ilə qarşılaşıb.
Görüşdə “bankirlər”in rəqibi 2:0 hesabı ilə qalib gəlib. “Mariehamn”ın qollarını isə ilk hissədə Niko Kukka ilə Dever Orgill vurub.
Bu qələbədən sonra “Mariehamn” xalını 24-ə çatdırıb və turnir cədvəlində 4-cü pilləyə yüksəlib.
Qeyd edək ki, “İnter” iyulun 4-də “Mariehamn”ı evdə qəbul edəcək. Cavab oyunu isə bir həftə sonra Finlandiyada keçiriləcək.

0
0