“Neftçi”nin rəqibi “Terek”ə uduzub, “Şaxtyor”a darmadağın olub
25.06.2013 - 00:00
“Neftçi”nin rəqibi “Terek”ə uduzub, “Şaxtyor”a darmadağın olub
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Neftçi”nin ilk rəqibi olan “Skenderbeu” da Avstriyada təlim-məşq toplanışındadır. Apasport.az saytının məlumatına görə, Albaniya çempionu artıq sözügedən ölkədə 2 yoxlama oyununda qüvvəsini sınayıb.

İyunun 18-də “Terek”lə qarşılaşan “Neftçi”nin rəqibi 0:2 hesabı ilə uduzub. “Skenderbeu” 3 gün sonra isə “Şaxtyor”a darmadağın olub - 7:0.

Qeyd edək ki, “Skenderbeu” bu gün “Volqa” iləüz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.