Kapello “Marakana”da keçirilən tədbirdə iştirak edəcək
25.06.2013 - 01:03
“Rusiya-2018”-in təşkilat komitəsinin baş direktoru Aleksey Sorokin və DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində millimizin rəqiblərindən olan Rusiya yığmasının baş məşqçisi Fabio Kapello Rio-de-Janeyroya şəhərində tədbirdə iştirak edəcəklər. Apasport.az saytının məlumatına görə, mərasim DÇ-2018-in nümayişinin keçirilməsindən ibarətdir.
FİFA-nın himayəsi altında reallaşan və iyulun 1-də planlaşdırılmış Konfederasiyalar Kubokunun finalına uyğunlaşdırılmış tədbir iyunun 29-da “Marakana” stadionunda olacaq.
Qonaqlar dünya çempionatının (2018) konsepsiyasını təqdim edəcəklər. Daha sonra planetin ən böyük futbol turnirinin hazırlığı haqqında müzakirə aparılacaq.
Qeyd edək ki, Konfederasiyalar Kubokununun həlledici mərhələsi “Marakana” stadionunda keçiriləcək.

0
0