Neymar antirekorda imza atdı
25.06.2013 - 01:31
Neymar antirekorda imza atdı
Braziliyada keçirilən Konfederasiyalar Kuboku davam edir. Apasport.az saytının məlumatına görə, ev sahiblərinin hücumçusu Neymar antirekorda imza atıb.

Belə ki, “sambaçılar”ın futbolçusu turnirin qrup mərhələlərində ən çox kobudluğa yol verən oyunçu olub. O, A qrupun İtaliya yığması (4:2) ilə sonuncu matçında rəqib futbolçulara qarşı 13 dəfə qaydaları pozub. Bu göstəricidə Neymarın komanda yoldaşı Oskar “Barselona”nın yeni transferindən geri qalır. Gənc yarımmüdafiəçi 9 dəfə kobudluq edib.

Qeyd edək ki, Neymar Konfederasiyalar Kubokunda rəqib qapıçılarını 3 dəfə cəzalandırıb.