Braziliya millisinin futbolçusu “Tottenhem”ə keçir
25.06.2013 - 02:01
“Korintians”ın yarımmüdafiəçisi Paulinyo karyerasını “Tottenhem”də davam edəcək. Apasport.az saytının məlumatına görə, London klubu Braziliya milli komandasının futbolçusuna rəsmi təklif göndərib.
“Tottenhem” 24 yaşlı futbolçu üçün “Korintians”a 17 milyon funt-sterlinq ödəməyə hazırdır. Paulinyonun özü də İngiltərə Premyer Liqasında oynamaq istəyir.
Qeyd edək ki, Paulinyo 2010-cu ildən “Korintians”ın şərəfini qoruyur. O, bu klubun heyətində 89 dəfə meydana çıxıb və rəqib qapılarından 20 top keçirib. Hazırda Paulinyo Braziliya milli komandası ilə Konfederasiyalar Kubokunda mübarizə aparır. O, yığmasının heyətində 3 görüşdən sonra 2 qola imza atıb.

0
0