Balotelli daha Braziliyada oynamayacaq
25.06.2013 - 02:33
İtaliya millisinin hücumçusu Mario Balotelli daha Braziliyada keçirilən konfederasiyalar Kubokunda forma geyinməyəcək. Apasport.az saytının məlumatına görə, buna “Milan”ın forvardının ombasından zədə alması səbəb olub.
22 yaşlı futbolçu artıq komandasının düşərgəsini tərk edib. Bu haqda “Skuadra Adzurra”nın həkimi Enriko Kastellassi bildirib: “Balotelli final matçına qədər hazır ola bilməyəcək və biz risk etməməyə üstünlük verdik. Artıq onu Milana geri göndərməyə qərar qəbul etdik. Marioya klubun tibbi qərargahı qayğı göstərəcək”.
Qeyd edək ki, Konfederasiyalar Kubokunun yarımfinalında İtaliya millisi İspaniya yığması ilə qarşılaşacaq. Görüş iyunun 27-də keçiriləcək.

0
0