Qvardiola: “Bavariya” xüsusi klublardan biridir
25.06.2013 - 04:03
Qvardiola: “Bavariya” xüsusi klublardan biridir
“Mən son ili ABŞ-da, Nyu-Yorkda keçirdim. Orada alman dilini öyrənirdim. Ümid edirəm ki, bu həm dil kimi, həm də futbol kimi gələcəkdə mənə kömək edəcək. Klub rəhbərliyinə təşəkkür etmək istəyirəm. Ona görə ki, mənə “Bavariya”nın məşqçisi olmaq imkanını verdilər. Bura məşhur komandadır. Münhen klubunun məşhur oyunçuları və böyük tarixi var. Mən onun hissəsi olmağa şadam. “Bavariya”da Almaniyanın bütün ziyalı azarkeşləri mövcuddur”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bavariya”nın yeni baş məşqçisi Xosep Qvardiola deyib.

“Barselona”nın sabiq çalışdırıcısı ötən gün keçirilən mətbuat konfransı ilə ictimaiyyətə təqdim edilib.

Tədbirdə alman dilində danışan təcrübəli mütəxəssis Münhen klubundakı yeni vəzifəsini dəyərləndirib: “Burada öz oyunçularıma tez uyğunlaşacağam. Mənim üçün qiymətin sxeminin önəmi yoxdur. “Bavariya”da yeni sxem qurmaq lazım deyil. Çünki bu klub “Barselona” kimi eyni keyfiyyətlərə malikdir. Bundesliqa çox mürəkkəb çempionatdır. Bizim üçün yenidən kubok qazanmaq asan olmayacaq. Dünyada xüsusi klublar azdır. “Bavariya” da onlardan biridir. Mənim üçün burada olmaq böyük şərəfdir”.