“Çelsi” Kavanini 58 milyon avroya transfer etdi
25.06.2013 - 04:44
“Çelsi” Kavanini 58 milyon avroya transfer etdi
“Çelsi” “Napoli”nin hücumçusu Edinson Kavaninin keçidini həll edib. Apasport.az saytının məlumatına görə, London təmsilçisi Uruqvay milli komandasının futbolçusu üçün neapollulara 58 milyon avro ödəyib.

Bu haqda İtaliya klubunun radiosunun efirində xəbər yayımlanıb: “Biz klub ofisindən etibarlı mənbədən xəbər aldıq ki, “Napoli” Kavaninin transferi ilə bağlı “Çelsi” ilə müqavilə imzalayıb. İngilis təmsilçisində hücumçunun maaşı illik 8,5 milyon avro təşkil edəcək”.