Toni Adams: Vengerə Runini almağı məsləhət görməzdim
25.06.2013 - 05:40
“Qəbələ”nin sabiq baş məşqçisi Toni Adams 19 il futbolçu kimi şərəfini qoruduğu “Arsenal”a “Mançester Yunayted”in hücumçusu Ueyn Runini almağı məsləhət görmür. Apasport.az saytının məlumatına görə, hazırda Azərbaycan klubunda prezident müşaviri vəzifəsində çalışan 46 yaşlı mütəxəssis “qırmızı şeytanlar”ın “topçular”a nifrət etdiyini düşünür.
O bildirib ki, Ueyn “Arsenal” dürüst olmayacaq: “Runi futbolçu kimi yaxşı oyunçudur. Bunu yəqin anlayırsınız. Lakin “Mançester Yunayted”dən “Arsenal”a heç bir futbolçu keçməməlidir. Çünki onlar bizə nifrət edirlər. Mən əmin deyiləm ki, Runi bizim klubumuzda dürüst olacaq. Arsen Vengerə onu almağı məsləhət görməzdim”.
Qeyd edək ki, Adams 2010-cu ilin mayından 2011-ci ilin noyabrına kimi “Qəbələ”ni çalışdırıb.

0
0