Avroliqadakı təmsilçimiz “Anji” ilə oynayacaq
25.06.2013 - 08:15
Avroliqadakı təmsilçimiz “Anji” ilə oynayacaq
“İnter” Avropa Liqasına hazırlıq çərçivəsində Avstriyada keçirdiyi təlim-məşq toplanışında növbətin rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Anji” oradakı hazırlıq prosesində ilk yoxlama oyununu bakılılarla keçirəcək. Rusiya mətbuatı bu oyunun iyunun 27-də olacağını açıqlayıb. “İnter” kimi Avroliqada iştirak edəcək “Anji”yə rəqibinin baş məşqçisi yaxşı tanışdır. Belə ki, gürcü Kaxaber Sxadadze vaxtilə bu komandada oynayıb və indi məşhur hollandiyalı həmkarı Qus Hiddinklə üzləşəcək.

Qeyd edək ki, “İnter” Avstriyada yoxlama oyunları arasında artıq Rusiya Premyer Liqa təmsilçisi ilə üzləşib. “Krasnodar”la həmin matç qolsuz heç-heçə ilə nəticələnib.