“Neftçi” “Xəzər Lənkəran”ın potensial rəqibi ilə oynayacaq
25.06.2013 - 09:10
“Neftçi” “Xəzər Lənkəran”ın potensial rəqibi ilə oynayacaq
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Neftçi” Avstriya hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar”ın ilk yoxlama oyununu Nijni-Novqorod “Volqa”sına qarşı keçirəcək.

Baxmayaraq ki, Rusiya klubunun rəsmi saytı həmin tarixdə 2 ayrı komanda ilə yoxlama oyunu keçirəcəyini bildirsə də, “Neftçi”nin mətbuat xidmətindən bizə bu komanda ilə qarşılaşacaqları və həmin matçın iyunun 28-də baş tutacağı deyildi. İyulun 10-da “Vasluy”la görüş nəzərdə tutulub.

Bundan başqa, “Neftçi”nin daha 2 rəqibi bilinib. Bunlar “Xəzər Lənkəran”ın Avroliqanın 2-ci mərhələsində potensial rəqibi olan Hayfa “Makkabi”si və “Terek”lə oyun keçirəcək.