Sadıqov, Simonovski və Krstev
25.06.2013 - 11:07
“Qarabağ” Avropa Liqasının I təsnifat mərhələsində rəqibi olan “Metallurq”la 3 il öncəki oyunlarda qol vurduğu futbolçularından məhrum olub. Apasport.az saytının məlumatına görə, ağdamlıların 2010-cu ildə də turnirdə startda üzləşdiyi Skopye təmsilçisinə qol vurduğu oyunçularından yalnız kapitanı Rəşad Sadıqov yenə sərəncamındadır.
Həmin vaxt sarğını daşımayan müdafiəçi 26-cı dəqiqədə penaltidən hesabı açmışdı. “Qarabağ”ın iyulun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda 4:1 hesabı ilə qalib gəldiyi oyunda digər qollarına yarımmüdafiəçilər Əfran İsmayılovla (45+1) Emin İmaməliyev (85) və gürcüstanlı hücumçu Georgi Adamiya (90+2) imza atıb. Bunlardan Əfan ötən mövsüm bitəndən sonra “Bakı”ya, Emin I dəstə təmsilçisi Naxçıvan “Araz”ına keçib. Adamiya isə ötən il “Qarabağ”dan “İnter”ə keçərək, hazırda klubsuzdur. Skopyelilərin 4-cü uzatma dəqiqəsində yeganə qolunu vuran hücumçu Marko Simonovski hazırda da heyətindədir.
Emin iyulun 8-də Skopyedə 1:1 hesabı ilə nəticələnən cavab oyununda da fərqlənib. Onun hesabı açmağından 10 dəqiqə sonra yarımmüdafiəçi Mile Krstev tarazlığı bərpa edib. Mile həmin vaxt komandanın kapitanı olan Miroslav Vaysin gedişindən sonra sarğını daşıyır.
Ümumiyyətlə, ağdamlıların həminki heyətindən Rəşadla yanaşı, qapıçı Fərhad Vəliyev, müdafiəçilər Qara Qarayev, Maksim Medvedev, Namiq Yusifov, Admir Teli, hücumçular Vüqar Nadirovla Tural İsgəndərov qalıb. Yeri gəlmişkən, Admir Bakıdakı oyunun 51-ci dəqiqəsində hesabında sarı vərəqə olduğu halda, birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Skopyelilərdə 3 il öncəki heyətində olanlardan qapıçı Andrea Yefremov, müdafiəçi Ninoslav Dodevski və yarımmüdafiəçi Vasko Mitrev qalıb.

0
0