“Bakıda oyunlara ən yaxşı halda 1000 nəfər gəlirdi” - MÜSAHİBƏ
25.06.2013 - 12:19
Fransanın Lans şəhərinin mətbuatı hələ də “Bakı”nın prezidenti Hafiz Məmmədovun yerli klubu maliyyələşdirəcəyi ilə bağlı müzakirələr aparır. Apasport.az saytının məlumatına görə, yerli KİV “Bakı”nın sabiq oyunçusu Stefan Borbikoninin ardından Nenad Kovaçeviçdən müsahibə götürüb. 2006-2011-ci illərdə “Lans”ın şərəfini qorumuş serbiyalı futbolçu “Bakı” və onun rəhbəri haqda lazımi bilgiləri verib.
- Nenad, Azərbaycanda “Bakı” karyeranız necə keçdi?
- Düzünü desəm, mənim üçün yaxşı keçdi. Hətta təəccübləndim ki, niyə görə mən bu vaxtacan orda oynamamışam. Bu klubda oyunumu artırdım, kubok qazandım və gördüm ki, bu ölkədə futbolu sevirlər. Deməliyəm ki, onların çoxlu pulu var. Buna baxmayaraq, mən Fransaya qayıtmaq istəyirdim. Niyə görə? Ona görə ki, mənim üçün ən əsas şey dolu tribunalar önündə futbol oynamaq idi. Təəssüf ki, orda oyunlara yalnız 500-700, ən yaxşı halda 1000 azarkeş gəlirdi.
- Azərbaycanlıların “Lans”da oynayacağı deyilir. Siz çempionatın səviyyəsi haqqında nə deyə bilərsiniz?
- Çox pis deyil. Elitada yaxşı futbol oynanılır. Çoxlu yaxşı futbolçular var. Gəlmə futbolçular və məşqçilər çempionata əlavə rəng qatır. İstənilən halda, ölkə maliyyə hesabına futbol xəritəsində inkişaf edir.
- Hafiz Məmmədovu dəqiq necə analiz edə bilərsiniz?
- O, “Bakı”da mənim prezidentim olub. Bu insan futbol üçün çox şey etməyə hazır olan iddialı biridir. Onun çoxlu pulu və təcrübəsi var. Mənim üçün o, dahi insandır. Düzünü desəm, o, biznesi üçün çox səfərlər edir, onunla bir klubda olarkən yaxşı təcrübə qazandım. Hamı onun haqqında yaxşı şey danışır. O sadəcə ölkəsini dünyaya tanıtmaq üçün futboldan yararlanmaq istəyir, hətta əksi olsa belə.
- Siz onun “Lans”a yanaşmasına necə baxırsınız?
- Fikrimcə, bu, yaxşı haldır. Bakıda o, klubu üçün çox şey tikib. Yeni stadion, yeni meydançalar... O, “Bakı” üçün çox yaxşı işlər görüb.
- Siz hələ Lansa səfər etməmisiniz?
- Mən orda yaxşı 5 il keçirmişəm. Mənim üçün karyeramda əla və çox yaxşı vaxtlar idi. Bir sözlə, hər şey qaydasında idi! Təəssüf ki, komanda hazırda Liqa 2-də oynayır. Mən Jerve Martel kimi böyük prezidentimizi itirdim. Onun tənqid olunmasını başa düşə bilmirəm. O və onun klubu Liqa 1-də oynamağı haqq edir. İnanıram ki, bu mövsüm onlar məqsədlərinə çatacaq.
- “Feliks Bollar” stadionuna indi çıxış etdiyin “Nim Olimpik” klubu ilə gələ bilərsiniz...
- Xoşbəxtəm ki, Fransaya qayıtmışam və “Lans”a qarşı oynayacağam. Bizim ilk məşqimiz iyulun 6-da Albervildə olacaq. Bu, mənim üçün əsas an olacaq. Mən Ala-Eddin Yahya, Yoan Demon, Samba Sou kimi dostlarımı tapa biləcəm. Həqiqətən Lansda gözəl günlər keçirmişəm. Ümid edirəm ki, “Bollar”a qayıdacam. Ancaq indi bu haqda danışmaq hələ tezdir.

0
0