“Hafiz Məmmədov kluba populyar gətirə biləcəksə, lap yaxşı!”
25.06.2013 - 12:41
“Lans”ın futbolçusu Pyer Dukas “Bakı”nın prezidenti Hafiz Məmmədovun klubu almaq fikrinə münasibətini bildirib. Apasport.az saytının məlumatına görə, 2011-ci ildən komandanın şərəfini qoruyan, ağır zədədən yeni qayıdan 25 yaşlı yarımmüdafiəçi Lans təmsilçisinin sahibinin kimin olmağının fərq etmədiyini bildirib.
Dukas azərbaycanlı iş adamının hazırda II liqada çıxış edən “Lans”ı yüksəyə qaldırmağını arzulayır: “Səmimi deyirəm ki, onun maddi imkanlarını güdmürəm. Fransa, Qətər, Rusiya, yoxsa başqa ölkədən pul gələndə, nə dəyişəcək? Əgər Məmmədov klubu yüksəklərə qaldırıb, ona populyarlıq gətirə biləcəksə, lap yaxşı! Bizim işimiz futbolçu kimi meydanda yaxşı oyun göstərməkdir. Problemləri həll etmək klub rəhbərliyinə aid məsələdir”.
Qeyd edək ki, Pyer karyerasının çox hissəsini “Bordo”da keçirib.

0
0