Rail Məlikov: “Skenderbeu”nun oyunu yadımdadır, sürətli futbolçuları var
25.06.2013 - 15:05
Rail Məlikov: “Skenderbeu”nun oyunu yadımdadır, sürətli futbolçuları var
“Neftçi” üçün püşkün nəticəsi yaxşı oldu. Keçmiş komandam Albaniya çempionundan üstün olacaq”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Neftçi”nin sabiq kapitanı Rail Məlikov deyib. Son 2 ildə komanda ilə Çempionlar Liqasının iştirakçısı olan 28 yaşlı müdafiəçi budəfəki püşkü uğurlu sayır.

Özü də “Neftçi”nin II təsnifat mərhələsində rəqibi olan Albaniyanın “Skenderbeu” klubu Railə də tanışdır. Belə ki, o, elə bu komandanın heyətində rəqibə qarşı oynayıb: “2011-ci ildə Zaqreb “Dinamo”su ilə Çempionlar Liqasındakı oyuna hazırlaşdığımız zamanı Avstriyada albaniyalılarla yoxlama oyunu keçirdik. Yaxşı komandadır, sürətli futbolçuları var. “Skenderbeu” sürətli oyuna üstünlük verirdi. Yadımdadır, irəlidə qaradərili hücumçuları vardı. “Neftçi” albaniyalıları keçməyinə keçəcək. Ancaq bu, rahatlıqla olmayacaq”.

Qeyd edək ki, “Neftçi”nin iyulun 2-də 1:1 hesabı ilə nəticələndiyi həmin matçda qolunu 45-ci dəqiqədə braziliyalı yarımmüdafiəçisi Flavinyo penaltidən vurub. Rəqib 85-ci dəqiqədə Spetimin cərimə zərbəsindən vurduğu qolla tarazlığı bərpa edib.

Mehman SÜLEYMANOV