Millimizin futbolçusu: İzmirdə qurulan hər şeyi bir-bir gördüm və təsirləndim
25.06.2013 - 15:42
Millimizin futbolçusu: İzmirdə qurulan hər şeyi bir-bir gördüm və təsirləndim
“Futbolda sistem uğurun ilk və ən təməl addımıdır. Alman futbolunun son dövrdəki uğurunun arxasında da bu sistemin yenidən qaydasına salınması dayanır. “Altınordu” da planlı-proqramlı çalışmayla türk futbolu içərisində öz sistemini yaratdı. Uğur məhz bu sistemin çalışmasıyla gəlir”. Apasport.az saytının məlumatına görə, bunu U-21-in və “Altınordu”nun üzvü Timur Təməltaş deyib.

21 yaşlı yarımmüdafiəçi Türkiyənin 3-cü liqa klubu “Altınordu” ilə 3 illik müqavilə bağlayıb. Təməltaş yeni klubunun Almaniyadakı nümayəndəsi Yasin Özçəliklə ötən mövsüm boyunca görüşdüyün bildirib.

O, baş məşqçi Hüseyin Əroğlu ilə də Almaniyada uzun müddət görüşdüklərini söyləyib: “Son görüşümüzdən sonra gəldiyim İzmirdə qurulan hər şeyi bir-bir gördüm və təsirləndim. Burada özümü daha da inkişaf etdirəcəyimə inanıram. “Altınordu”nun uğurunda pay sahibi olacağıma və uğur pilləkənlərini birlikdə qalxacağımıza inanıram”.

Qeyd edək ki, bu ildən mütəmadi olaraq U-21 millimizin toplanışlarına çağırılan Timur Təməltaş “Altınordu”ya “Kayzerslautern”in U-23 komandasından keçib.