Pantiç “Bakı”da işə başladı, Nureddinoski ilə Şoliç qayıtdı - FOTOSESİSYA
25.06.2013 - 16:19
Pantiç “Bakı”da işə başladı, Nureddinoski ilə Şoliç qayıtdı - FOTOSESİSYA
“Bakı” növbəti mövsümün hazırlığına başlayıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, istirahətdən qayıdan “zolaqlılar” bu gün saat 11:00-da ilk məşqinə çıxıb.

Serbiyalı Milinko Pantiçin baş məşqçisi təyin olduğu komandada ilk məşqində daha çox yüngül fiziki hərəkətlərlə kifayətlənib. Mövsümə hazırlıq çərçivəsində komandanın düşərgəsində yeni transferlər – ukraynalı hücumçu Yuri Fomenko və litvalı yarımmüdafiəçi Mindauqas Kalonasla yanaşı, daha bir neçə gənc futbolçu da cəlb edilib. “Bakı” ilə müqaviləsi bitən gürcü müdafiəçi Georgi Popxadze də qalaraq, hazırlığa qatılıb. Eyni sözləri komandadan gedəcəyi gözlənilən makedoniyalı qapıçı Edin Nureddinoski ilə xorvatiyalı yarımmüdafiəçi Aleksandr Şoliçin hazırda düşərgədə olmağı haqda demək olar. Görünür, Pantiç keçmiş Yuqoslaviya təmsilçilərinin qalmağını istəyib.

Qeyd edək ki, “Bakı”nın və millimizin qapıçısı Kamran Ağayev Türkiyədə əməliyyat olunaraq, 1 ay oynamayacaq.