Hamısı gəldi, birindən başqa
25.06.2013 - 16:46
Yeni mövsümə hazırlaşan “Rəvan” hazırlığın ilk hissəni Bakıda davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, çalışmalara iyunun 20-dən başlayan komanda ev oyunlarını keçirdiyi “Bayıl stadionu”nda hazırlığını davam etdirir.
Artıq futbolçular məşq ritminə düşdüyündən gündə 2 çalışma həyata keçirilir. Səhər məşqləri toplu təmrinlər üzərində qurulursa, axşam hazırlığında fiziki çalışmalara üstünlük verilir. Bu məqsədlə bu gün “Rəvan” axşam məşqini belə desək, trenajor zalda keçdi və əzələ kütləsinin artırılması üzərində çalışdı.
Artıq legioner futbolçular da hazırlığa qoşulub. Ötən mövsüm vurduğu qollarla komandanın "vuran ayağı”na çevrilən Xuan Manuel Varea bu baxımdan həmkarlarından fərqlənib və ilk olaraq gəlib. O, artıq “Rəvan”ın 2 meydan məşqində də iştirak edib. Dünən gecə Bakıya gələn Miloş Adamoviç isə komandaya axşam məşqində - trenajor hazırlığında qoşuldu. Polşalı qapıçı Lukaş Sapela isə bəzi şəxsi məsələlərini həll etmək üçün rəhbərlikdən daha bir neçə gün icazə alıb. “1” nömrə gələn həftənin əvvəlində komandaya qoşulacaq.

0
0