“Xəzər Lənkəran” Maltadakı oyununun canlı yayımına çalışır
25.06.2013 - 17:50
“Xəzər Lənkəran” Avropa Liqasında növbəti mövsümdə ilk oyununun canlı yayımlanmağına çalışır. Klubun vitse-prezidenti Tuyqun Nadirov apasport.az saytına açıqlamasında I təsnifat mərhələsinin iyulun 2-də Maltanın “Slima” klubu ilə səfər matçının ölkəmizdə göstərilməsində maraqlı olduqlarını bildirib.
Onun sözlərinə görə, artıq dünəndən bəri bu barədə danışıq gedir: “Bizim marağımızdadır ki, Maltadakı oyun göstərilsin. Ora gələ bilməyən azarkeşləri canlı yayımla təmin etmək istəyirik. Bununla bağlı klubun prezidentinin xüsusi göstərişi var ki, məsələni həll edək. Bildiyiniz kimi, ötən il Avropa Liqasındakı səfər oyunlarımız zamanı yayım alınmamışdı. Hətta biz estoniyalılara müəyyən pul vəsaiti də ödədik, internetlə canlı yayımlanmağı üçün çox çalışdıq. Bu dəfə yayımı televiziya vasitəsilə ilə həyata keçirməyə çalışacağıq”.
Qeyd edək ki, UEFA bu matçın iyulun 4-dən 2-ə keçirilməyi haqda qərar çıxarıb.
Mehman SÜLEYMANOV

0
0