“Yuventus” və “Milan”ın adı növbəti qalmaqalda hallanır
25.06.2013 - 20:05
İtaliya Maliyyə Polisi A və B seriyasının 18 komandası və ən aşağı divizionlarının 23 komandasının ofislərində araşdırmaya başlayıb. Apasport.az saytının məlumatına görə, həmin klublar əsasən vergidən yayınma və saxtakarlıqda şübhəli bilinir.
Polis klubların, futbolçuların və onların menecerlərinin ödəmələrinin müqavilələrinə aid olan bütün sənədlər götürüblər. Bundan başqa, qanunsuz maliyyə əməliyyatlarında futbolçuların 12 agenti şübhəli bilinirlər.
Əvvəlcə bu klubların adları açıqlanmayıb. Daha sonra Neapol prokurorluğu tərəfindən şübhəli olan komandaların siyahısı məlum olub. Bunlar “Palermo”, “Peskara”, “Atalanta”, “Yuve Stabiya”, “Benevento”, “Cenoa”, “Kataniya”, “Speçiya”, “Pyaçensa”, “Livorno”, “Bari”, “Viçensa”, “Syena”, “Recina”, “Parma”, “Kevo”, “Fiorentina”, “Portoqruaro”, “Triestina”, “Sampdoriya”, “Ternana”, “Leççe”, “Qubbio”, “Qrosseto”, “Çezena”, “Mantova”, “Torino”, “AlbinoLeffe”, “Yuventus”, “Milan”, “Napoli” və “Latsio”dur.

0
0