“Çelsi” almaniyalı hücumçu ilə müqavilə imzaladı - FOTO
25.06.2013 - 20:34
“Çelsi” almaniyalı hücumçu ilə müqavilə imzaladı - FOTO
“Çelsi” “Bayer”dən transfer etdiyi Andre Şurleni ictimaiyyətə təqdim edib. Apasport.az saytının məlumatına görə, London klubu Almaniya millisinin üzvü ilə bu gün rəsmi müqavilə imzalayıb.

“Zadəganlar” 22 yaşlı hücumçunu 5 illik müddətinə heyətinə qatıb. Şurle “Çelsi”də 14 nömrəli forma geyinəcək.

Qeyd edək ki, Andre başa çatan Bundesliqanın 34 matçında meydana çıxıb. O, rəqib qapılarından 11 top keçirib və 7 qolun da ötürməsinin müəllifi olub. Şurle 24 dəfə isə Almaniya yığmasının şərəfini qoruyub və 7 qola imza atıb.