UEFA “Styaua”ya cəza vermədi
25.06.2013 - 22:10
UEFA “Styaua”ya cəza vermədi
UEFA Nizam-İntizam Komitəsi “Styaua” ilə bağlı rəsmə qərarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, ali futbol qurumunun müfəttişləri “Beşiktaş” və “Fənərbaxça” ilə birgə Nizam-İntizam Komitəsinə göndərilən Rumıniya klubuna UEFA heç bir cəza verməyib.

Lakin UEFA “Styaua”nı 5 il müddətlə nəzarət altında saxlayacaq.

Qeyd edək ki, Nizam-İntizam Komitəsi “Beşiktaş”ı 1 il müddətinə, “Fənərbaxça”nı isə “2+1” sxemi ilə avrokubok oyunlarından uzaqlaşdırıb.