Zohair Benouahi: 1:1 hesabı bizim üçün pis nəticə deyil
02.07.2013 - 22:04
Zohair Benouahi: 1:1 hesabı bizim üçün pis nəticə deyil
“Zədəm ciddidir. Cavab matçında oynayacağım hələ bilinmir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın futbolçusu Zohair Benouahi deyib.

“Ağ-yaşıllar”ın yeni transferi Avropa Liqasının I təsnifat mərhələsinin “Slima” ilə ilk oyunundan (1:1) sonra fikirlərini açıqlayıb.

Matçın gedişində zədələnməsinə baxmayaraq, oyunu sona çatdıran mərakeşli durumundan danışıb: “1:1 hesabı bizim üçün pis nəticə deyil. Düzdür, qələbə qazana bilərdik. Amma kiçik səhvdən sonra rəqib cavab qolunu vurmağı bacardı. Hər şey Lənkəranda həll olunacaq. Mərhələ keçəcəyimizə inamım böyükdür”.