İbrahimoviç Blanın gəlişinə narazıdır
03.07.2013 - 02:44
İbrahimoviç Blanın gəlişinə narazıdır
PSJ-nin hücumçusu Zlatan İbrahimoviç yaxın günlərdə transferə çıxarıla bilər. Apasport.az saytının məlumatına görə, isveçli futbolçu komandanın sabiq baş məşqçisi Karlo Ançelottinin “Real”a gedişindən sonra Paris klubuna təyin edilən Loran Blanın gəlişinə narazı qalıb.

İbrahimoviç rəhbərliyin bu qərarı ilə barışa bilmir. Onun komandadan göndəriləcəyi gözlənilir.

Qeyd edək ki, Blan PSJ-də ilk mətbuat konfransında Zlatanın futbolçularla birlikdə məşq edəcəyini və onun çox gözəl hücumçu olduğunu bildirmişdi.