İtaliya Superkubokunun keçiriləcəyi məkan rəsmən açıqlandı
03.07.2013 - 03:37
İtaliya Superkubokunun keçiriləcəyi məkan rəsmən bəlli olub. Apasport.az saytının məlumatına görə, A seriyasının qalibi “Yuventus” və İtaliya kubokunun sahibi “Latsio” arasında keçiriləcək oyunu ölkə futbol federasiyasının rəhbərliyi Roma Olimpiya stadionuna təyin etdiyini bildirib.
Daha əvvəl bu haqda yerli mətbuatda məlumat versə də, federasiyadan heç bir açıqlama gəlməmişdi.
Qeyd edək ki, “Yuventus” və “Latsio” heç vaxt görüşün məkanı ilə bağlı razılaşa bilmirdilər. Paytaxt klubu istəyirdi ki, oyun Çində keçsin. Bu isə onlara 6 milyon avro qazandıracaq idi. Amma ölkə çempionları belə ideyadan imtina edib. Çünki edilən təklif yeni mövsümə komandanın hazırlığı proqramına uyğun gəlmirdi.
Ümumiyyətlə, İtaliya Superkubokunun son 4 oyunu Çinin paytaxtı Pekində keçirilib. “Yuventus” və “Latsio” arasında baş tutacaq görüş A seriyasının yeni mövsümünün startından 1 həftə əvvəl, avqustun 18-də reallaşacaq.

0
0