“Simurq” “Dila”ya qalib gələ bilmədi - YENİLƏNİB
03.07.2013 - 20:22
Türkiyədə təlim-məşq toplanışında olan “Simurq” növbəti mövsümə hazırlıqları davam etdirir. Apasport.az saytının məlumatına görə, Zaqatala təmsilçisi bu gün növbəti yoxlama görüşünü keçirib.
İyunun 30-da “Spartak-Nalçik”ə minimal hesabla uduzan Georgi Çixradzenin komandası bu dəfə Gürcüstan “Dila”sı ilə üz-üzə gəlib.
“Green Park” otelinin meydançasında keçirilən matçda qalib müəyyənləşməyib. Zaqatalalılar meydandan 3:3 hesablı bərabərliklə ayrılıb.
Qeyd edək ki, “Simurq”un Kartəpədəki son yoxlama oyunu iyulun 7-də nəzərdə tutulub. Ancaq rəqibin kim olacağı dəqiqləşməyib.
Yoxlama oyunu
3 iyul
“Simurq” - “Dila” - 3:3

0
0