Millimiz ilk xalını qazandı
03.07.2013 - 15:00
Millimiz ilk xalını qazandı
16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Almaniyanın Duysburq şəhərində təşkil olunmuş turnirdə növbəti matçını keçirib. Apasport.az saytının məlumatına görə, Aslan Kərimovun yetirmələri "Hamburq" komandası ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb. Komandamızın qolunu Pilağa Mehdiyev vurub.

Qeyd edək ki, əvvəlki 2 turda məğlub olan yığmamız ilk xalını qazanıb.

Mənbə: affa.az