Anar Salmanov Avroliqada idarəçilik edəcək
03.07.2013 - 15:30
Anar Salmanov Avroliqada idarəçilik edəcək
Azərbaycanlı FİFA hakimi Anar Salmanov yeni təyinat alıb. Apasport.az saytının məlumatına görə, 33 yaşlı həmyerlimiz Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Mladost Podgorica" (Monteneqro) - "Videoton" (Macarıstan) cütünün qalibi ilə Slovakiyanın "Senitsa" komandası arasında iyulun 25-də keçiriləcək matçının baş hakimi olacaq. Ona Yaşar Abbasov və Namiq Hüseynov kömək edəcəklər. 4-cü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, Salmanov ötən mövsümün sonunda Azərbaycan kuboku uğrunda “Neftçi” ilə “Qarabağ” arasında ilk yarımfinal oyununda buraxdığı səhvdən sonra cəzalandığından kənarda qalmışdı.

Mənbə: affa.az