“Sumqayıt” kumık futbolçu aldı - FOTO
03.07.2013 - 16:22
 “Sumqayıt” kumık futbolçu aldı - FOTO
"Sumqayıt" 2013/14 mövsümü üçün transfer çalışmalarını davam etdirir. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda son olaraq "Fakel"də çıxış edən Adil İbrahimovu heyətinə qatıb. İbrahimov klubla 2 illik müqavilə imzalayıb.

Moskva "Torpedo"sunun və MOİK-inin yetirməsi olan Adil peşəkar karyerasına "Ximki"də başlayıb. Mərkəz müdafiəçisi olan futbolçu həmin komandada 36 qarşılaşmada 2 qol vurub. Ötən il "Skonto"da icarə əsasında 13 görüşün iştirakçısı olmuş adıçəkilən futbolçu "Fakel"də də 16 oyuna çıxıb.

Qeyd edək ki, 24 yaşlı Adil İbrahimov Mahaçqalada doğulub. O, milliyyətcə kumıkdır.