“Neftçi”nin gözlədiyi legionerdən 250 min avro istəyirlər
03.07.2013 - 17:10
“Neftçi”nin gözlədiyi legionerdən 250 min avro istəyirlər
“Neftçi”nin heyətinə qatmaq istədiyi kamerunlu futbolçu Ernest Nfor hələ də transferini həll edə bilmir. Apasport.az saytının məlumatına görə, 27 yaşlı hücuma meylli yarımmüdafiəçinin Belçikanın “Kortriyk” klubu ilə hələ 1 illik müqaviləsinin olmağı problem yaradır.

Klubu ilə danışıqlar aparmaq üçün “Neftçi”nin Avstriyadakı təlim-məşq toplanışından gələn afrikalının baş məşqçisi ilə görüşü baş tutmayıb. Belə ki, Hollandiya mətbuatının yazdığına görə, klubun təhlükəsizlik işçiləri buna imkan verməyib.

Nfor vəziyyətdən, ona yaradılan əngəllərdən narazıdır. Hollandiyalı həmkarlarımız kamerunluya görə 250 min avro transfer məbləğinin qoyulduğunu, heç kimin bunu ödəmək istəmədiyini yazır. “Neftçi” isə legionerin klubu ilə müqavilə məsələsini həll etməyini gözləyərək, sərbəst olacağı halda onunla rəsmən anlaşacaq.

Qeyd edək ki, Çempionlar Liqasındakı təmsilçimiz mövsümlərarası fasilədə “Qəbələ”nin latviyalı sabiq qapıçısı Pavel Doroşevlə “Neymegen”dən gələn hollandiyalı hücumçu Melvin Platyeni transfer edib.