Azərbaycan çempionunun rəqibləri müəyyənləşdi
03.07.2013 - 17:21
Azərbaycan çempionunun rəqibləri müəyyənləşdi
Bu gün İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA kubokunun püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, turnirdəki təmsilçimiz “Araz”ın püşk nəticəsində mübarizəyə qoşulacağı əsas seçmə mərhələdəki rəqibləri müəyyənləşib.

Belə ki, son illərdə dəyişməz çempionumuz olan Naxçıvan təmsilçisi VI qrupda “Targu Mures” (Rumıniya), “Şatelino” (Belçika) və ilkin seçmə mərhələnin H qrupunun qalibi ilə üzləşəcək. Həmin qrupda “Afina 90” (Yunanıstan), “Anji” (Estoniya) və “Vikinqur” (İslandiya) komandaları mübarizə aparacaq. “Araz”ın çıxış edəcəyi qrupun oyunları Rumıniyada keçiriləcək.