“Fənərbaxça”nın UEFA-dan şikayətinə iyulun 10-da baxılacaq
03.07.2013 - 18:02
“Fənərbaxça”nın UEFA-dan şikayətinə iyulun 10-da baxılacaq
“Fənərbaxça”nın UEFA-nın qərarı ilə bağlı şikayətinə baxılacaq tarix açıqlanıb. Apasport.az saytının məlumatına görə, Arbitraj Məhkəməsi Türkiyə klubunun müraciətini iyulun 10-da nəzərdən keçirəcək.

Bakı vaxtilə saat 16:00-da başlayacaq toplantında “Fənər”in avrokuboklarda gələcək taleyi müəyyənləşəcək.

Qeyd edək ki, “Fənərbaxça” “Beşiktaş”la danışılmış oyuna görə “2+1” şərti ilə, həmşəhərliləri isə 1 illik qitə miqyaslı turnirlərdən kənarlaşdırılıb.