Ronaldo ingilis futbolu üçün darıxır
03.07.2013 - 19:00
“Real”dan ayrılacağı ilə gündəmə gələn Kriştianu Ronaldo maraqlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, Portuqaliya milli komandasının hücumçusu İngiltərə Premyer Liqası üçün darıxdığını etiraf edib.
O bildirib ki, gələcəkdə nə olacağı hələ məlum deyil: “Mən ingilis futbolu üçün darıxıram. Karyeranın ən yaxşı illərini “Mançester Yunayted”də oynadım. Hər kəsə məlumdur ki, bu klub həmişə mənim ürəyimdə qalacaq. Ancaq indi mən İspaniya çempionatı oynayıram və burada həyatımın bir hissəsini keçirirəm. Gələcəkdə nə olacağı hələ məlum deyil, amma İspaniyada xoşbəxtəm”
Qeyd edək ki, Ronaldo 2003-2009-cu illər arasında “Mançester Yunayted”in şərəfini qoruyub.

0
0