“Neftçi” almanlara uduzdu - YENİLƏNİB
03.07.2013 - 21:22
“Neftçi” almanlara uduzdu - YENİLƏNİB
Azərbaycan çempionu “Neftçi” Avstriyada təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, bu gün paytaxt klubu hazırlıq çərçivəsində üçüncü yoxlama oyununa çıxıb.

Böyükağa Hacıyevin komandası yenə Almaniya təmsilçisi ilə üz-üzə gəlib.

Belə ki, iyunun 30-da “Vakker”ə 3:0 hesabı ilə qalib gələn bakılılar bu dəfə həmin ölkənin II divizionunda mübarizə aparan “Energi Kotbus”la qarşılaşıb.

“Neftçi” bu dəfə almanlar qarşısında aciz qalıb. Görüş 0:2 hesabı ilə “Energi Kotbus”un xeyrinə başa çatıb.

Qeyd edək ki, “Neftçi” ilk yoxlama matçında Rusiya “Volqa”sı ilə üz-üzə gəlib və meydandan 0:1 hesablı məğlubiyyətlə ayrılıb.


Yoxlama oyunu
3 iyul

“Neftçi” (AZƏRBAYCAN) – “Energi Kotbus” (ALMANİYA) - 0:2