Ueyn Runi Devid Moyeslə danışıqlar aparacaq
03.07.2013 - 20:15
“Mançester Yunayted”dən ayrılacağı ehtimal edilən Ueyn Runi bu gün klubunun bazasına gəlib. Apasport.az saytının məlumatına görə, İngiltərə millisinin hücumçusu “qırmızı şeytanlar”ın baş məşqçisi Devid Moyeslə gələcək taleyi ilə bağlı danışıqlar aparacaq.
Runinin komandada qalıb-qalmayacağı ilə bağlı məsələsinə şotlandiyalı çalışdırıcı ilə müzakirələr apardıqdan sonra müəyyənləşəcək.
Qeyd edək ki, daha əvvəl Ueyn “Mançester Yunayted”dən getmək istəyini klub rəhbərliyinə şifahi olaraq bildirib.

0
0