Antonio Kassano “Parma”ya gedir
03.07.2013 - 21:21
Antonio Kassano “Parma”ya gedir
“İnter”in hücumçusu Antonio Kassanonun yeni komandası bəlli olub. Apasport.az saytının məlumatına görə, 30 yaşlı futbolçu bundan sonra karyerasını “Parma”da davam etdirəcək.

İtaliya mətbuatı iddia edir ki, tərəflər arasına ilkin razılıq əldə olunub. Hücumçunun keçidinin bütün detalları həll edilib və yaxın günlərdə “Parma” onun transferini ictimaiyyətə təqdim edəcək. Kassanonun əvəzinə isə onlar “İnter”ə 21 yaşlı hücumçu İsak Belfodili verəcəklər.

Qeyd edək ki, əlcəzairli futbolçu ötən mövsüm 33 matçda forma geyinib və rəqib qapılarından 8 top keçirib.