Fransalı hücumçu “Kuban”a keçdi
04.07.2013 - 01:05
Fransalı hücumçu “Kuban”a keçdi
“Oser” və “Liverpul”un sabiq futbolçusu Cibril Sisse karyerasını Rusiya Premyer Liqasında davam etdirəcək. Apasport.az saytının məlumatına görə, fransalı hücumçu “Kuban”a keçib.

Krasnodar klubu 31 yaşlı oyunçu ilə 1 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Sissepeşəkar futbol karyerasına “Oser”də (1998-2004) başlayıb. Daha sonra o, “Liverpul” (2004-2006), “Marsel” (2006-2009), “Sanderlend” (2008-2009), “Panatinaikos” (2009-2011), “Latsio” (2011-2012) və KPR (2012-2013) kimi klubların şərəfini qoruyub.