“İnter” “Mariehamn”la heç-heçə etdi
04.07.2013 - 21:51
“İnter” “Mariehamn”la heç-heçə etdi
Bu gün Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, qitə miqyaslı turnirdə iştirak edən Azərbaycanın digər klubu “İnter” də ilk oyununa çıxıb.

“Bankirlər” Finlandiya “Mariehamn”ı ilə qarşılaşıb. “Qarabağ” və “Xəzər Lənkəran”dan fərqli olaraq, paytaxt təmsilçisi rəqibi ilə doğma publika önündə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə Kaxaber Sxadadzenin yetirmələri mütləq qələbə qazanmalı idi. Lakin “İnter” bunu bacarmayıb.

Belə ki, oyuna surətlə başlayan təmsilçimiz 7-ci dəqiqədə Asif Məmmədovla hesabı açıb. Fasiləyə minimal üstünlüklə yollanan paytaxt klubu ikinci hissədə qapısını toxunulmaz saxlaya bilməyib. 72-ci dəqiqədə isə Alanso Adlam “İnter”in qapıçısı Giorgi Lomayanı cəzalandırıb. Oyunun son dəqiqələrində “bankirlər” bir neçə dəfə ələ düşən fürsəti dəyərləndirə bilməyib və görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunu iyulun 11-də Finlandiyada keçiriləcək.


Avropa Liqası
I təsnifat mərhələsi (ilk oyun)
4 iyul

“İnter” – “Mariehamn” - 1:1
QOLLAR: Asif Məmmədov, 7 - Alanso Adlam, 72
Baş hakim: Sergeyus Sliva (Litva)
Bakı. “Bayıl Arena”.

“İnter” : 1. Giorgi Lomaya, 4. İvan Benites, 7. Ruslan Əmircanov, 20. Bryus Abdulay, 5. Slavço Georgiyevski, 11. Asif Məmmədov, 21. Arif Daşdemirov, 47. Abdulla Abasiev, 9. Aleksandr İaşvili, 28. Baçana Sxadadze, 70. Vaqif Cavadov (k)
Ehtiyat oyunçular: 25. Səlahət Ağayev, 14. İlqar Ələkbərov, 15. Matiya Şpiçiç, 87. Cəmil Hacıyev, 8. Migel Alvaro, 10. Daniel Genov, 17. Fərid Mənsurov
Baş məşqçi: Kaxaber Sxadadze

“Mariehamn”: 30. Peter Enkelman, 4. Rocer Tompson, 8. Yani Lyuski (k), 15. Emil Andersson, 6. Pekka Laqerblom, 11. Tommi Virtanen, 16. Robin Estlid, 19. Alanso Adlam, 25. Dieqo Assis, 90. Patrik Biskata, 5. Dever Ordgill
Ehtiyat oyunçular: 1. Otso Virtanen, 23. Kris Brayt, 3. Niko Kukka, 17. Petteri Yokihaara
Baş məşqçi: Pekka Lüüski


Oyun başladı.
“İnter” hücuma atılır.
Təmsilçimiz qaydanı pozdu.
Qonaqlar topa nəzarət edir.
7-ci dəqiqədə Asif Məmmədov hesabı açdı.
“İnter” 2-ci qol arayışındadır.
Məmmədov fərqi yenidən artıra bilərdi, lakin o oyundan kənar vəziyyətdə oldu.
“Mariehamn” hesabı bərabərləşdirməyə çalışırdı.
Qonaqların futbolçusu təmsilçimizin qapısı önündə zədələnib, yerə yıxıldı. Hazırda həkimlər yerə uzanan oyunçunu çölə çıxardı.
Zədələnən Dever Ordgillin əvəzinə meydana Kris Brayt daxil oldu.
Top meydanın mərkəzindədir.
“İnter” yenidən hücum qurmağa çalışır.
Təmsilçimiz ilk küncdən zərbəni yerinə yetirdi, lakin “İnter”in futbolçuları fərqlənə bilmədi.
“Mariehamn” hücuma keçdi.
26-cı dəqiqədə qonaların uzadan vurduğu zərbəsi qapının yanından çölə çıxdı.
Finlandiya təmsilçisinin hücumlarının qarşısını yenə “İnter”in oyunçuları aldı.
Qonaqların oyunçusu zədələndi.
“Mariehamn”ın heyətində Dieqo Assisin əvəzinə Petter Yokihaara meydənə daxil oldu.
Cavadov fərqi artırmağa yaxın oldu.
Təmsilçimiz yenidən hücuma atılır.
Oyun hazırda mərkəzdə davam edir və Slavço qaydanı pozdu.
Qonaqlaran təhlükəli zərbəsi alınmadı.
44-cü dəqiqədə hakim Abdulla Abasievi sarı vərəqə ilə cəzalandırdı.
Təmsilçimizin hücumunun qarşısın qonaqlar aldı.
“İnter” küncdən zərbəni yerinə yetirdi və Cavadov bunu reallaşdıra bilmədi.
Asif Məmmədov zədələnərək yerə yıxıldı.
İlk hissə başa çatdı.

Fasilə.

İkinci yarı başladı.
Migel Alvaro zədələnən Məmmədovun yerinə meydana daxil oldu.
Təmsilçimiz fərqi artırmağa yaxın oldu.
“İnter” yenidən hücumdadır.
50-ci dəqiqədə Bryus Abdulay sarı vərəqə ilə cəzalandırıldı.
Qonaqlar topa nəzarət edirlər.
Sxadadzenin zərbəsini Peter Enkelman zərərsizləşdirdi.
Abdulla Abasiev fərqi artırmağa yaxın oldu, amma onun qüvvətli zərbəsi qapının üstündən keçdi.
Qonaqlar hücum qurmağa çalışırlar.
Əmircanovun sağ cinahdan asması ünvansız oldu.
Təmsilçimiz yenidən fərqlənə bilmədi.
Cavadovun uzaqdan vurduğu qüvvətli zərbəsi qapının üstündən çölə çıxıdı.
“İnter”in heyətində bu dəfə Sxadadze fərqlənməyi bacarmadı.
72-ci dəqiqədə “Mariehamn” hesabı bərabərləşdirdi.
77-ci dəqiqə Cavadov meydandan çıxır, onun yerinə isə Daniel Genov daxil oldu.
Təmsilçimizin heyətində daha bir futbolçu sarı vərəqə ilə cəzalandırıldı. Bu dəfə hakim İvan Benitesə sarı vərəqə göstərdi.
“İnter” fərqi artırmağa yaxın oldu, lakin bunu reallaşdırmağı bacarmadılar.
83-cü dəqiqədə Fərid Mənsurov Sxadadzenin yerinə meydana daxil oldu.
“İnter” yenidən fərqlənə bilərdi.
Təmsilçimiz yenidən hücum qurmağa çalışır.
90-cı dəqiqədə hakim rəqib komandanın futbolçusu Yani Lyuski sarı vərəqə ilə cəzalandırdı.
“İnter” son dəqiqələrdə qələbə topunu vurmağa yaxın oldu, lakin futbolçularımız bunu bacarmadılar.
Qarşılaşma başa çatdı. Görüş 1:1 hesablı heç-heçə ilə nəticələndi.