“Xəzər Lənkəran” - “Slima” matçının başlama vaxtı dəqiqləşdi
04.07.2013 - 02:25
“Xəzər Lənkəran” - “Slima” matçının başlama vaxtı dəqiqləşdi
Avropa Liqasının I təsnifat mərhələsinin “Xəzər Lənkəran”la “Slima” arasında keçiriləcək cavab matçının başlama saatı bəlli olub. Apasport.az saytının məlumatına görə, cənubluların Malta təmsilçisi ilə görüşü saat 20:00-da start veriləcək.

İyulun 11-də Lənkəran şəhər mərkəzi stadionunda baş tutacaq qarşılaşmanı isə belçikalı FİFA referisi Vim Smet idarə edəcək.

Qeyd edək ki, bu komandalar arasında Maltada keçirilmiş oyun 1:1 hesablı heç-heçə ilə nəticələnib.