Millimizə qarşı forma geyinən futbolçu “Milan”la anlaşdı
04.07.2013 - 04:41
Millimizə qarşı forma geyinən futbolçu “Milan”la anlaşdı
Moskva MOİK-inin yarımmüdafiəçisi Keysuke Honda “Milan”la ilkin razılığa gəlib. Apasport.az saytının məlumatına görə, danışıqları futbolçunun agenti və qardaşı aparır.

Rusiya klubu ilə 27 yaşlı yaponiyalı oyunçunun müqaviləsinin müddəti hələ 6 aydan sonra başa çatacaq. Əgər Keysukenin İtaliya təmsilçisinə keçidi indi baş tutmasa, o, qış transfer pəncərəsinin açılışına qədər gözləməyə hazırdır. “Milan” isə Honda ilə 4 illik müddətinə müqavilə imzalamaq niyyətindədir.

Qeyd edək ki, Honda 23 may 2012-ci il tarixində Yaponiya yığmasının milli komandamızla keçirilən oyununda forma geyinib. Şizuoka şəhərinin “Ekopa” stadionunda baş tutan matçda Keysuke meydana start heyətdə daxil olub. 2:0 hesabı ilə Asiya təmsilçisinin xeyrinə başa çatan görüşün ikinci hissəsində Honda Nakamura ilə əvəzlənib.