Yığmamızın rəqibləri üçün püşk
04.07.2013 - 08:44
Futzal üzrə Avropa çempionatının pley-off mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, gələn il Belçikada keçiriləcək final mərhələsinə son 4 vəsiqəyə iddia edən 8 komandanın təşkil etdiyi cütlər müəyyənləşib.
Həlledici mərhələyə birbaşa vəsiqə qazanan Azərbaycan millisinin seçmə qrupda arxada qoyduğu rəqiblərdən Slovakiya Xorvatiya ilə, Bosniya və Herseqovina isə Hollandiya ilə görüşəcək. Digər 2 cütdə isə Ukrayna Macarıstan, Serbiya Rumıniya ilə qarşılaşacaq.
Qeyd edək ki, pley-off oyunları sentyabrın 17-də və 24-də keçiriləcək.

0
0